Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığında daimi/müvəqqəti yaşayan Azərbaycan Republikası vətəndaşlarına onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir.
Tələb olunan sənədlər
- Müvafiq təkrar şəhadətnamə üzrə Ərizə:
a)Doğum qeydə alınması haqqında təkrar şəhadətnamə (buradan yüklənə bilər);
b)Ölümün qeydə alınması haqqında təkrar şəhadətnamə (buradan yüklənə bilər);
c)Nikahın qeydə alınması haqqında təkrar şəhadətnamə (buradan yüklənə bilər);
ç)Nikahın pozulmasının qeydə alınması haqqında təkrar şəhadətnamə
(buradan yüklənə bilər);
d)Atalığın müəyyən edilməsinin qeydə alınması haqqında təkrar şəhadətnamə
(buradan yüklənə bilər);
e)Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması haqqında təkrar şəhadətnamə
(buradan yüklənə bilər);
ə)Övladlığa götürmənin qeydə alınması haqqında təkrar şəhadətnamə
(buradan yüklənə bilər).
- Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
- Ərizə verən şəxsin İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığında daimi/müvəqqəti yaşadığını təsdiq edən sənəd(lər) ;
- Ölənlər barəsində təkrar şəhadətnamənin alınması üçün qohumluq münasibətlərini təsdiq edən sənədlər (doğum, nikah haqqında şəhadətnamələr).
İştirak etməli olan şəxslər
- Barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxsin özü;
- Yetkinlik yaşına çatmayanlar barəsində onların valideynləri, övladlığa götürənlər, qəyyumları və ya qəyyumluq və himayə orqanları; tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanları;
- Ölənlər barəsində - onların qanuni varisləri;
- Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.
Dövlət rüsumu
- 10 ABŞ dolları məbləğində rüsum aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;
|
BANK: |
UBS |
|
Hesab Nr: |
0235 - 124793.02v |
|
IBAN: |
CH89 0023523512479302v |
|
BIC: |
UBSWCHZH80A |
b) 3 AZN dövlət rüsumu aşağıda məlumatları qeyd olunan ünvana ödənilməli və qəbz digər
sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;
B1. Benefisiar (alan bank)
Dövlət Xəzinədarlıq Agentliyi
Kod: 210005
VOEN: 1401555071
Müxbir hesab: AZ41NABZ01360100000000003944
SWIFT BIK: CTREAZ 22
B2. Alan müştəri
Bakı şəhər Vergilər Departamenti
Hesab nömrəsi: AZ17CTRE00000000000002117131
VOEN: 1400305751