“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 iyun 2017

25 iyun 2017-ci il tarixində İsveçrənin Bazel və Bern şəhərlərində Azərbaycan muğam ifaçılarının konserti keçirilmişdir.

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” və “İsveçrədəki Azərbaycanlıların Mədəniyyət Dərnəyi” diaspor təşkilatlarının təşəbbüsü ilə 2017-ci il iyunun 25-də Bazel və Bern şəhərlərində Ehtiram Hüseynov, Günay İmamverdiyeva, Xəyyam Məmmədov və Rövşən Qurbanovun iştirakı ilə muğam kvartetinin konserti təşkil olunmuşdur.

Konsertdən əvvəl “Azərbaycanın dostları” assosiasiyasının sədri Arzu Bodmer çıxış edərək ölkəmiz və Azərbaycan xalqının milli musiqisi olan, YUNESKO-nun qeyri-maddi mədəni irsinə daxil olan muğam barədə məlumat vermişdir.

Böyük əksəriyyətinin yerli ictimaiyyətin nümayəndəsi olan 200-dək insanın dinləyici kimi qatıldığı konsert böyük rəğbətlə qarşılanmış və muğam sənətinin İsveçrə ictimaiyyətinə tanıdılmasına mühüm töhfə vermişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti