“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 iyun 2018

Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyi münasibətilə İsveçrədə poçt markası buraxılıb

Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyi münasibətilə İsveçrədə poçt markası buraxılıb.

Ölkəmizin İsveçrə Konfederasiyasındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu barədə razılaşma səfirlik ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post” AG) arasında əldə edilib.

Azərbaycan qadınına seçki hüququnun verilməsinin 100 illiyinə həsr olunmuş poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və ölkəmizin səfirliyi tərəfindən istifadə ediləcək. Eyni zamanda, Azərbaycanın Cenevrədəki BMT bölməsinə, digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinə və SOCAR-ın İsveçrədəki nümayəndəliyinə, eləcə də başqa maraqlı tərəflərə göndəriləcək.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti