“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 yanvar 2026

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin İsveçrə Konfederasiyasına səfəri

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev Davos şəhərində keçirilmiş Dünya İqtisadi Forumunda iştirak etmək məqsədilə 19 yanvar 2026-cı il tarixində İsveçrə Konfederasiyasına səfər etmişdir. Səfər çərçivəsində bir sıra ölkələrin rəsmiləri, həmçinin qlobal şirkətlər və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirilmişdir.

Aşağıda qeyd olunan ölkələrin rəsmiləri və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirilmişdir.

  • Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Qebreyesus;
  • İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzani;
  • Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb;
  • Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso;
  • Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani;
  • Çex Respublikasının Baş naziri Andrey Babiş;
  • İsrail Dövlətinin Prezidenti İsxak Hersoq;
  • Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos;
  • Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp.

Habelə, bir sıra qlobal şirkətlər ilə də görüşlər keçirilmişdir: 

  • “BTG Pactual” şirkətinin sədri Andre Esteves;
  • “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm;
  • “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaim;
  • “Carlsberg Group” şirkətinin Baş icraçı direktoru Yakob Aarup-Andersen;
  • Amerika Birləşmiş Ştatlarının “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru Ceymi Daymon;
  • “BlackRock”un baş icraçı direktoru Larri Fink və bu şirkətin tərkibinə daxil olan “Global Infrastructure Partners” (GIP) şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi;
  • “Brookfield Asset Management” şirkətinin prezidenti Konnor Teski;
  • Amerika Birləşmiş Ştatlarının “Dell Technologies” şirkətinin Avropa, Yaxın Şərq və Afrika üzrə prezidenti Adrian Makdonald; 
  • “Vitol” şirkətinin baş icraçı direktoru Rassel Hardi.

Qeyd etmək istərdik ki, keçirilmiş görüşlərin nəticəsi olaraq aidiyyəti dövlət qurumları tərəfindən ölkəmiz üçün ciddi iqtisadi faydalar gətirəcək müqavilələr imzalanmışdır.

Həmçinin, səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev “Euronews” televiziyasına müsahibə vermiş, “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda panel iclasında və “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə, habelə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə keçirilən panel iclasda iştirak etmişdir. Həmçinin, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Sülh Şurasının Nizamnaməsi” (“Board of Peace Charter”) sənədinin imzalanma mərasimində iştirak edərək “Sülh Şurasının Nizamnaməsi” sənədini imzalamışdır.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti