“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 yanvar 2021

Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə 08 dekabr 2020-ci il tarixində ”YAŞAT” Fondu yaradılmışdır

https://yashat.gov.az/). Fond şəhid ailələri və qazilərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf və effektiv platformanın formalaşdırılması məqsədilə yaradılmışdır.

 ”YAŞAT” Fondunun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr, habelə qanunla qadağan olunmayan mənbələr hesabına formalaşdırılır. Bu ianələr əsasında toplanmış bütün vəsait fondun dəstək istiqamətlərinə uyğun olaraq şəhid ailələri və qazilərin ehtiyaclarının ödənilməsinə yönəldilir və vəsaitin toplanması və xərclənməsi ilə bağlı hesablar açıq şəkildə ictimaiyyətə açıqlanır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti