Azərbaycanın “Land of Fire” komandası qarüstü polo üzrə 41-ci Dünya Kuboku yarışlarında
23-25 yanvar 2026-cı il tarixlərində İsveçrənin Sankt-Moritz şəhəri bir daha dünyanın polo mərkəzinə çevrilərək qarüstü polo üzrə 41-ci Dünya Kuboku turnirinə ev sahibliyi etmişdir.
Sankt-Moritz gölünün donmuş buz qatı üzərində keçirilən turnirdə dünya miqyasında tanınmış və ən güclü idmançılar mübarizə aparmışdırlar.
Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə bu nüfuzlu yarışda ölkəmizi “Land of Fire” komandası təmsil etmişdir.
Tədbir çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin tarixi, mədəniyyəti, zəngin turizm imkanlarını təbliğ edən Azərbaycan pavilyonu fəaliyyət göstərmişdir. Povilyonda müxtəlif milli brendlər, sənətkarlıq nümunələri və eksponatlar nümayiş olunmuşdur.