“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 17 oktyabr 2024

Bazel şəhərində azərbaycanlı musiqiçilərinin konserti keçirilib

İsveçrənin Bazel şəhərində orqan musiqisi konserti keçirilib.

Konsertdə kamança və orqanda Azərbaycan bəstəkarlarının əsərləri, həmçinin xalq musiqiləri ifa olunub. Kamançada Prezident təqaüdçüsü, respublika və beynəlxalq müsabiqələr laureatı Mədinə Şahgəldiyeva, orqanda isə müxtəlif yerli və beynəlxalq tədbirlərin, konsertlərin iştirakçısı Şəfəq Abdullayeva çıxış edib.

Konsertdən əvvəl fotoqraf Andre Jabalinin təbiətin gözəlliyini tərənnüm edən fotosərgisi nümayiş olunub.

Konsert İsveçrədə fəaliyyət göstərən "Azərbaycanın Dostları" Birliyinin təşəbbüsü ilə keçirilmişdir.

https://x.com/AzembassyBern/status/1846889509750780367

Video və foto şəkillər istedadlı fotoqraf Andre Jabali tərəfindən hazırlanıb @jabandr

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti