“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 mart 2025

Berndə Novruz Bayramına həsr olunmuş geniş proqram təşkil edilmişdir

2025-ci ilin 23 mart tarixində Bern şəhərinin Yehudi Menuhin Forum adlı məşhur konsert zalında Azərbaycan Respublikasının İsveçrədəki Səfirliyinin dəstəyi ilə “Azərbaycanın dostları” diaspora birliyi tərəfindən Novruz Bayramına həsr olunmuş geniş proqram təşkil edilmişdir.

Proqramın konsert hissəsində muğam ifaçıları Mirələm Mirələmov, Rəvanə Qurbanova, tar ifaçısı Rövşən Qurbanov və kamança ifaçısı Toğrul Əsədullayevin ifasında milli musiqimizin inciləri səsləndirilmiş, "Ritm" rəqs qrupunun təqdimatında da xalq rəqsləri nümayiş etdirilmişdir. Konsertlə yanaşı fotoqraf Andre Jabalinin təbiətin gözəlliyini tərənnüm edən sərginin açılışı olmuşdur.

Proqram Bernin tarixi meydanların birində Novruz Tonqalının ətrafında həmvətənlərimizin və yerli sakinlərinin birgə rəqsləri ilə yekunlaşıb.

Konsert, sərgi və tonqal ətrafında rəqslər İsveçrə ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti