“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 mart 2018

Səfir Xanım İbrahimova “SOCAR İsveçrə” şirkətinin baş icraçı direktoru Edqar Baxmanın ilə görüşmüşdür

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova “SOCAR İsveçrə” şirkətinin baş icraçı direktoru Edqar Baxmanın ilə görüşmüşdür.

Azərbaycan səfiri ofisdə əməkdaşlar üçün yaradılan şəraitlə tanış edildikdən sonra, şirkətin idarə heyətinin üzvləri ilə görüşü keçirilmişdir.

Görüş zamanı E.Baxman şirkətin fəaliyyəti, ötən dövr ərzində əldə etdikləri nailiyyətlər, növbəti illər üçün qarşılarına qoyduqları məqsədlər və inkişaf perspektivləri barədə məlumat vermişdir. Görüşdə həmçinin Azərbaycan məhsullarının İsveçrədə tanıdılması və birgə layihələrin təşkili ilə bağlı fikir mübadiləsi aparılmışdır.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti