“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 yanvar 2018

İsveçrə Prezidenti cənab Alen Berse və Federal Xarici İşlər Departamentinin rəhbəri İqnazio Kassis Azərbaycan Respublikasının bu ölkədəki səfiri Xanım İbrahimovanı qəbul etmişdir

İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti cənab Alen Berse və Federal Xarici İşlər Departamentinin rəhbəri  İqnazio Kassis Azərbaycan Respublikasının bu ölkədəki səfiri Xanım İbrahimovanı İsveçrədəki diplomatik korpusun rəhbərləri üçün Yeni il münasibətilə təşkil edilmiş tədbir zamanı qəbul etmişdir.

Görüş zamanı səfir X.İbrahimova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını İsveçrə Konfederasiyasının Prezidentinə çatdırmışdır. Eyni zamanda, səfir X.İbrahimova cənab Alen Berseni Prezident seçilməsi münasibətilə təbrik etmişdir. 

Azərbaycan Respublikasının Prezidentinin salamlarına və xoş arzularına görə təşəkkürünü bildirən İsveçrə Konfederasiyasının Prezidenti onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş etmişdir.

Prezident Alen Berse 2018-ci ildə Azərbaycan xalqına və dövlətinə uğurlar, firavanlıq arzulamışdır.

Daha sonra tədbir çərçivəsində səfir X. İbrahimova və Federal Xarici İşlər Departamentinin rəhbəri  İ. Kassis arasında görüş baş tutmuşdur. Görüş zamanı Azərbaycan-İsveçrə münasibətlərinə dair bir sıra qarşılıqlı maraq doğuran məslələr haqqında fikir mübadiləsi aparılmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti