“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 iyun 2018

Lixtenşteynin Baş nazirinin müavini Daniel Riş və xarici işlər naziri Aurelia Frik səfir Xanım İbrahimovanı qəbul etmişdir

Cari ilin 18 iyun tarixində Lixtenşteynin Baş nazirinin müavini Daniel Riş və xarici işlər naziri Aurelia Frik səfir Xanım İbrahimovanı Lixtenşteyndə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri üçün təşkil edilmiş tədbir zamanı qəbul etmişdir.

Baş nazirin müavini Daniel Rişlə keçirilmiş görüşdə informasiya və kommunikasiya texnologiyaları sahəsində iki ölkə arasında əməkdaşlıq imkanları müzakirə olunmuşdur.

Daha sonra tədbir çərçivəsində səfir X. İbrahimova və xarici işlər naziri Aurelia Frik arasında görüş baş tutmuşdur. Görüş zamanı Azərbaycan-Lixtenşteyn münasibətlərinə dair bir sıra qarşılıqlı maraq doğuran məslələr haqqında fikir mübadiləsi aparılmışdır.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti