“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 fevral 2019

Səfir Xanım İbrahimova Turqau kantonu hökumətinin prezidenti Kornelia Kompoş ilə görüşmüşdür

Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova İsveçrə Konfederasiyasının iqtisadi potensialına və maddi rifah səviyyəsinə görə ölkənin ən qabaqcıl regionlardan biri olan Thurqau kantonuna işgüzar səfər edib. 

Səfər çərçivəsində səfir Xanım İbrahimovanın Turqau kantonu hökumətinin prezidenti Kornelia Kompoş ilə görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilmiş, federal səviyyədə əlaqələrin genişləndirilməsi ilə yanaşı, Konfederasiyanın kantonları ilə də təmasların qurulmasının zəruriliyinə diqqət yönəldilib. Səfir Xanım İbrahimova Azərbaycan ilə Thurqau kantonu arasında indiyədək bir sıra işgüzar əlaqələrin qurulduğunu, bununla belə bu əlaqələrin dərinləşdirilməsi və yeni əməkdaşlıqların qurulması üçün geniş imkanlardan yararlanmağın məqsədəuyğunluğunu vurğulamışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti