“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 dekabr 2025

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.

Dekabr ayının 12-sində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyində Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım mərasimi keçirilmişdir.

Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Fövqəladə və səlahiyyətli səfir Fuad İsgəndərov Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verərək Azərbaycanda sosial rifahın bərbad vəziyyətdə olduğu, iqtisadiyyatın tənəzzülə uğradığı, vətəndaş qarşıdurmasının, eləcə də ermənilərlə müharibə şəraitinin hökm sürdüyü bir dövrdə xalqın çağırışı ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin ölkədə sabitlik və əmin-amanlığı bərpa etdiyini vurğulamışdır.

Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycanın memarı olduğu qeyd olunmuş, onun siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi diqqətə çatdırılmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti