2018-04-05

Azərbaycan Respublikası Prezidenti seçkiləri günü

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyində seçki məntəqəsi yaradılmışdır. Səsvermə saat 8:00 – 19:00 arasında Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyində baş tutacaqdır (unvan: Kramburgstrasse 10, 3006 Bern).

Səsvermə hüququ olan şəxslər

Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, seçki keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının seçkilərdə səs vermək hüququ vardır.

Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə günü istifadə edilən sənədlər

- ümumvətəndaş pasportu;

- xidməti pasport;

- diplomatik pasport.

Search in archive