26 SENTYABR 2016-CI İL ÜMUMXALQ SƏSVERMƏ (REFERENDUM) GÜNÜ
Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyində seçki məntəqəsi yaradılmışdır.
Səsvermə 26 sentyabr 2016-cı il (bazarertəsi) tarixində saat 8:00 – 19:00 arasında Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyində baş tutacaqdır (unvan: Kramburgstrasse 10, 3006 Bern).
Səsvermə hüququ olan şəxslər
Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində və Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 14-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, referendumun keçirilməsi günü (həmin gün də daxil olmaqla) 18 yaşına çatmış Azərbaycan Respublikasının hər bir vətəndaşının referendumda səs vermək hüququ vardır.
Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə günü istifadə edilən sənədlər
- ümumvətəndaş pasportu;
- xidməti pasport;
- diplomatik pasport.
Əlavə məlumatlar