Pasportun etibarliq müddəti bitdikdə və ya səhifələri dolduqda

 Tələb olunan sənədlər

  • Ərizə-anket (burudan yüklənə bilər 18 yaşı tamam olmuş vətəndaş)(18 yaşı tamam olmamış vətəndaş);
  • Pasportun əsli; 
  • Şəxsiyyət vəsiqəsi; 
  • İsveçrə Konfederasiyası və ya Lixtenşteyn Knyazlığında daimi/müvəqqəti yaşayış hüququnu təsdiq edən sənəd; 
  • 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər üçün Hərbi Bilet (əgər hərbi xidmətdə olmamışsa hərbi komissarlıqdan qeydiyyatdan çıxış haqqında arayış təqdim olunmalıdır) ; 
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (buradan yüklənə bilər)
  • 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlər; 
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi; 
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənədlər; 
  • 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun şəxsiyyətini təsdiq edən sənədlər. 

İştirak etməli olan şəxslər

  • 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
  • 18 yaşı tamam olmamış vətəndaşın özü və valideyinləri/himayəçiləri.

Dövlət rüsumu

  • 25 ABŞ dolları konsulluq rüsumu aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;
        BANK: UBS
        Hesab Nr: 0235 - 124793.02v
        IBAN: CH89 0023523512479302v
        BIC: UBSWCHZH80A
  • Müvafiq yaşa uyğun olaraq
        0-1 yaş 15 manat
        1-3 yaş 25 manat
        3-18 yaş 35 manat
        18 yaşı tamam olmuş 60 manat

        dövlət rüsumu onlayn (https://www.asanpay.az/intro/home) və ya  Daxili İşlər Nazirliyinin
        Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə, ASAN Xidmət Mərkəzlərində və ya digər vasitələrlə ərizəçinin qohumu/nümayəndəsi tərəfindən
        şəxsən Azərbaycanda ödənilməli və ödəniş haqqında qəbzin əsli və ya surəti digər sənədlərlə
        birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir.

Arxiv üzrə axtarış