Səfirin tərcümeyi -halı

SƏFİR

Fuad İSGƏNDƏROV

Doğum yeri və tarixi:

6 avqust, 1961-ci il, Bakı, Azərbaycan

Təhsil və Təlim kursları:

1983

Ukraynanın Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq İnstitutunda Beynəlxalq İqtisadi Münasibətlər və İngilis dili üzrə tərcümə fakültəsini bitirmişdir.

1999

Macarıstanın Budapeşt şəhərində Beynəlxalq Hüquq-Mühafizə Akademiyasının Böhranların idarə edilməsi üzrə ixtisasartırma proqramı üzrə təlim kursunda iştirak etmişdir.

2001

 ABŞ-da Harvard Universitetinin Con Kennedi adına İdarəçilik Məktəbinin Qara Dəniz ixtisasartırma proqramında iştirak etmişdir.

2002

ABŞ Dövlət Departamenti /ABŞ Ədliyyə Nazirliyi tərəfindən təşkil edilən Qanunvericilik üzrə İcraetmə kurslarında iştirak etmişdir.

2006

Corc Marşal adına Təhlükəsizlik Tədqiqatları üzrə Avropa Mərkəzinin Milli Hərbi Strategiyanın Rolu üzrə seminarının iştirakçısı olmuşdur.

 

İş təcrübəsi:

1995-2002

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin İnformasiya və Təhlil idarəsinin rəisi olmuşdur.

2002-2006

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Nazir müavini vəzifəsində çalışmışdır.

2006-2007

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri / Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının baş katibi vəzifələrində çalışmışdır.

2007-2012

Azərbaycan Respublikasının Niderland Krallığında Fövqəladə və Səlahiyyətli səfiri /Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının Azərbaycan Respublikası üzrə daimi nümayəndəsi.

2012-2021

Azərbaycan Respublikasının Belçika Krallığı və Böyük Lüksemburq Hersoqluğunda Fövqəladə və Səlahiyyətli səfiri/Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri.

            2021- indiyədək

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixteynşteyn Knyazlığında Fövqəladə və Səlahiyyətli səfiri.

 

Elmi fəaliyyəti:

1983-1986

Azərbaycan Dövlət İqtisad Universitetinin Siyasi iqtisadiyyat kafedrasında aspirant elmi işçi və dosent vəzifəsində çalışmışdır.

1984-1985

Azərbaycan Dillər Universitetinin Tərcümə nəzəriyyəsi kafedrasında müəllim vəzifəsində çalışmışdır.

2000-2003

Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq kafedrasında müəllim vəzifəsində çalışmışdır.

Hərbi xidmət fəaliyyəti:

1986-1995

Hərbi xidmətdə olub, müharibə veteranı və ehtiyatda olan polkovnikdir.

Təltiflər:

Müxtəlif vaxtlarda mülki və hərbi xidmətə görə ordenlər, həmçinin Azərbaycan və digər ölkələrinin dövlət medalları ilə təltif olunmuşdur.

 

          Dillər:

 

Azərbaycan, rus, ingilis və türk dillərində sərbəst danışır.

Ailə vəziyyəti:

Evlidir, bir qızı və bir oğlu var

Arxiv üzrə axtarış