Pasport yararsız hala düşdükdə
Tələb olunan sənədlər
- Ərizə-anket (burudan yüklənə bilər 18 yaşı tamam olmuş vətəndaş;) (18 yaşı tamam olmamış vətəndaş);
- Pasportunun əsli;
- Şəxsiyyət vəsiqəsi;
- İsveçrə Konfederasiyası və ya Lixtenşteyn Knyazlığında daimi/müvəqqəti yaşayış hüququnu təsdiq edən sənəd;
- 18-35 yaşlı kişi cinsindən olan müraciətçilər üçün Hərbi Bilet (əgər hərbi xidmətdə olmamışsa hərbi komissarlıqdan qeydiyyatdan çıxış haqqında arayış təqdim olunmalıdır);
- 18 yaşı tamam olmamış şəxsin valideynlərinin razılıq ərizəsi (buradan yüklənə bilər);
- 18 yaşı tamam olmamış şəxsin valideynlərinin şəxsiyyətini təsdiq edən sənədlər;
- 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun razılıq ərizəsi;
- 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun hüquqlarını təsdiq edən sənədlər;
- 18 yaşı tamam olmamış şəxs valideyn himayəsindən məhrum olmuşsa övladlığa götürənin, himayəçinin və ya qəyyumun şəxsiyyətini təsdiq edən sənədlər.
İştirak etməli olan şəxslər
- 18 yaşından yuxarı vətəndaşın şəxsən özu;
- 18 yaşı tamam olmamış vətəndaşın özü və valideyinləri/himayəçiləri.
Dövlət rüsumu
- 25 ABŞ dolları konsulluq rüsumu aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;
BANK: | UBS |
Hesab Nr: | 0235 - 124793.02v |
IBAN: | CH89 0023523512479302v |
BIC: | UBSWCHZH80A |
- Müvafiq yaşa uyğun olaraq
dövlət rüsumu onlayn (https://www.asanpay.az/intro/home) və ya Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinə, ASAN Xidmət Mərkəzlərində və ya digər vasitələrlə ərizəçinin qohumu/nümayəndəsi tərəfindən şəxsən Azərbaycanda ödənilməli və ödəniş haqqında qəbzin əsli və ya surəti digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir. |