Xəbərdarlıq
Azərbaycan Respublikası vətəndaşının ikili vətəndaşlığının tanınmaması
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununun 10-cu maddəsinə əsasən:
Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda (Azərbaycan Respublikası vətəndaşlığı ilə yanaşı, digər dövlətin (dövlətlərin) vətəndaşı olduqda) həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır.
“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-IQ nömrəli Qanununa 2014-cü ilin 30 may tarixində edilmiş dəyişikliklərə əsasən:
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına yazılı məlumat verməlidir.
Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir (18-ci maddə).
Qeyd: Son müddəalar (10-cu maddənin ikinci hissəsi və 18-ci maddə) 30 may 2014-cü il tarixinədək digər dövlətin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir.
İsveçrə Konfederasiyasının vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Azərbaycan Respublikasının İsveçrədə Konfederasiyasındakı Səfirliyinə yazılı məlumat verməlidir.
Tələb olunan sənədlər
- Ərizə anket (buradan yüklənə bilər)
- Azərbaycan Respublikası ümumvətəndaş pasportunun surəti
- İsveçrə Konfederasiyası və ya Lixtenşteyn Knyazlığının pasportunun və ya naturalizasiya sənədinin surəti
- İsveçrə Konfederasiyasındakı ünvanı göstərən sənədin surəti ( hər hansı faktura və s.)
İştirak etməli olan şəxslər
Sənədlər tam və düzgün tərtib edildikdən sonra sonra şəxsən və ya poçt vasitəsilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin Konsulluq bölməsinə təqdim olunmalıdır.
Səfirliyin ünvanı: Kramburgstrasse 10, 3006 Bern
Dövlət rüsumu
Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikası vətəndaşlarının Səfirlik vasitəsilə bu barədə Azərbaycan Respublikasının səlahiyyətli orqanlarına məlumat verməsi ödənişsiz yerinə yetirilir.