Ölümün qeydə alınması
Ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan 10 (on) gündən gec olmayaraq verilməlidir.
Tələb olunan sənədlər
- Ölən şəxsin yaxını tərəfindən ərizə (burada yüklənə bilər);
- Ölən şəxsin yaxınının şəxsiyyətini müəyyən edən sənəd;
- Ölüm faktını təsdiq edən sənəd (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı);
- Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (Bu halda ölümün qeydə alınması yalnız qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır);
- Ölən şəxsin şəxsiyyətini təsdiq edən sənədlər;
- Ölən şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda hərbi bilet (hərbi xidmətlə bağlı olan sənədlər).
İştirak etməli olan şəxslər
- Ölmüş şəxsin qohumları;
- Ölümün baş verdiyi təşkilatın müdiriyyəti;
- Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər səlahiyyətli şəxslər.
Dövlət rüsumu
- Ölümün qeydə alınması üçün dövlət rüsumu ödənilmir.
Qeyd: Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.