Övladlığa götürmənin qeydə alınması
Övladlığa götürənlər övladlığa götürmə haqqında məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən ən geci bir ay ərzində övladlığa götürmənin qeydə alınması məqsədilə müraciət etməlidirlər. Övladlığa götürmənin dövlət qeydiyyatı övladlığa götürənlərin birgə ərizəsi və ya onlardan birinin ərizəsi ilə övladlığa götürmə haqqında məhkəmə qətnaməsinə əsasən qətnamənin çıxarıldığı yer üzrə Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən aparılır.
Tələb olunan sənədlər
- Övladlığa götürənlərin birgə ərizəsi (buradan yüklənə bilər);
- Övladlığa götürənlərin şəxsiyyətini təsdiq edən sənədlər;
- Övladlığa götürmə haqqında məhkəmə qətnaməsi;
- Övladlığa götürülmüş uşağın doğum haqqında şəhadətnaməsi.
İştirak etməli olan şəxslər
- Övladlığa götürən-kişi və ya qadın;
- Övladlığa götürənlər-kişi və qadın;
- Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.
Dövlət rüsumu
Övladlığa götürülmənin qeydə alınması və bu barədə ilkin şəhadətnamələrin verilməsi üçün dövlət rüsumu ödənilmir.