Xaricdə daimi yaşan vətəndaşların uçotu
İsveçrə Konfederasiyası və ya Lixtenşteyn Knyazlığının səlahiyyətli orqanları tərəfindən verilmiş müvafiq sənəd əsasında bu ölkələrdə daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşları yaşadıqları əraziyə akkreditə edilmiş Azərbaycan Respublikasının İsverə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin Konsulluq bölməsində uçota alınırlar.
Tələb olunan sənədlər:
- Doldurulmuş uçot vərəqəsi (buradan yüklənilə bilər);
- Uçota alınan vətəndaşın rəngli fotoşəkili (3 x 4 ölçülü);
- Vətəndaşın pasportunun surəti;
- Vətəndaşın xarici ölkədə daimi yaşamaq icazəsinə malik olmasını təsdiq edən sənəd(lər)in surəti.
İştirak etməli olan şəxslər
Sənədlər tam və düzgün tərtib edildikdən sonra sonra şəxsən və ya poçt vasitəsilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin Konsulluq bölməsinə təqdim olunmalıdır.
Səfirliyin ünvanı: Kramburgstrasse 10, 3006 Bern
Dövlət rüsumu
Azərbaycan Respublikası vətəndaşlarının konsulluq uçotuna alınması və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikası vətəndaşlarının qeydiyyatı ödənişsiz yerinə yetirilir.