Nikahın pozulmasının qeydə alınması
İsveçrə Konfederasiyası və ya Lixtenşteyn Knyazlığında daimi və ya müvəqqəti yaşayan yetkinlik yaşına çatmayan ümumi uşaqları olmayan Azərbaycan Respublikası vətəndaşları nikahın pozulması məqsədilə ərizə ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və ya Lixtenşteyn Knyazlığındakı Səfirliyinin Konsulluq bölməsinə müraciət edə bilərlər.
Tələb olunan sənədlər
- Ər-arvadın nikahın pozulması haqqında birgə razılıq ərizəsi (buradan yüklənə bilər);
- Ərizə verən şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər;
- Ərizə verən şəxslərin nigah haqqında şəhadətnaməsi;
- Ərizə verən şəxslərin İsveçrə Konfederasiyası və ya Lixtenşteyn Knyazlığında daimi/müvəqqəti yaşamasını təsdiq edən sənədlər;
- Yetkinlik yaşına çatmayan ümumi uşaqların olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikahın pozulması aşağıdakı sənədlər təqdim edildikdə aparılır:
a)ərin və ya arvadın xəbərsiz itkin düşməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş
qətnaməsi;
b)ərin və ya arvadın fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmənin
qanuni qüvvəyə minmiş qətnaməsi.
- Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumunun ərizəsi;
- Nikahın pozulması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
- Nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
İştirak etməli olan şəxslər
- Birgə razılıq ərizəsi əsasında nikah pozulduqda-ər və arvadın hər ikisi;
- Ərin (arvadın) ərizəsi əsasında nikah pozulduqda-ər və ya arvad;
- Məhkəmə qətnaməsi əsasında nikah pozulduqda-ər və arvad (birlikdə və ya ayrılıqda);
- Məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilən ərin (arvadın) qəyyumu;
- Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər
Dövlət rüsumu
- 40 CHF konsulluq rüsumu aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;
BANK: | UBS |
Hesab Nr: | 0235 - 124793.02v |
IBAN: | CH89 0023523512479302v |
BIC: | UBSWCHZH80A |
Müraciət edilməsi qaydası
Ərizə verən şəxslər konsulluqlara şəxsən ərizə ilə müraciət etməlidirlər.
Müraciətə baxılma müddəti.
Nikahın pozulması ərizə verildiyi gündən 1 ay keçdikdən sonra ər-arvadın iştirakı ilə həyata keçirilir.
Ər-arvad üzrlü səbəblərə (gəlməməyin səbəbinin üzrlü hesab edilməsi yalnız konsulluğun vəzifəli şəxsi tərəfindən müəyyən edilə bilər) görə nikahın pozulmasını qeyd etmək üçün müəyyən edilmiş gündə konsulluğa gələ bilmədikdə, onların xahişi əsasında konsulluq:
- nikahın pozulmasının qeyd alınması gününü başqa tarixə keçirə bilər və ya;
- yeni tarix müəyyən etmədən ər-arvadın gəldiyi gün nikahın pozulmasını qeyd edə bilər (onların (onun) razılığını təsdiq edən və özləri (özü) olmadan nikahın pozulmasının qeyd olunmasına dair xahiş əks olunan və imzasızının həqiqiliyi konsulluq tərəfindən təsdiqlənən ərizə təqdim edildikdə).