VVAQ haqqında təkrar şəhadətnamələrin verilməsi

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığında daimi/müvəqqəti yaşayan Azərbaycan Republikası vətəndaşlarına onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir.

Tələb olunan sənədlər

  • Müvafiq təkrar şəhadətnamə üzrə Ərizə:

           a)Doğum qeydə alınması haqqında təkrar şəhadətnamə (buradan yüklənə bilər);

           b)Ölümün qeydə alınması haqqında təkrar şəhadətnamə (buradan yüklənə bilər);

           c)Nikahın qeydə alınması haqqında təkrar şəhadətnamə (buradan yüklənə bilər);

           ç)Nikahın pozulmasının qeydə alınması haqqında təkrar şəhadətnamə 
             (buradan yüklənə bilər);

          d)Atalığın müəyyən edilməsinin qeydə alınması haqqında təkrar şəhadətnamə  
            (buradan yüklənə bilər);

          e)Adın, ata adının və soyadın dəyişdirilməsinin qeydə alınması haqqında təkrar şəhadətnamə
             (buradan yüklənə bilər);

          ə)Övladlığa götürmənin qeydə alınması  haqqında təkrar şəhadətnamə  
            (buradan yüklənə bilər).

  • Ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
  • Ərizə verən şəxsin İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığında daimi/müvəqqəti yaşadığını təsdiq edən sənəd(lər) ;
  • Ölənlər barəsində təkrar şəhadətnamənin alınması üçün qohumluq münasibətlərini təsdiq edən sənədlər (doğum, nikah haqqında şəhadətnamələr).

İştirak etməli olan şəxslər

  • Barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxsin özü;
  • Yetkinlik yaşına çatmayanlar barəsində onların valideynləri, övladlığa götürənlər, qəyyumları və ya qəyyumluq və himayə orqanları; tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi orqanları;
  • Ölənlər barəsində - onların qanuni varisləri;
  • Notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında səlahiyyətli şəxslər.

Dövlət rüsumu

-       10 ABŞ dolları məbləğində rüsum aşağıda məlumatları qeyd olunan bank hesabına köçürülməli və ödəniş haqqında qəbz digər sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;

        BANK:

UBS

        Hesab Nr:

0235 - 124793.02v

        IBAN:

CH89 0023523512479302v

        BIC:

UBSWCHZH80A

             b) 3 AZN dövlət rüsumu aşağıda məlumatları qeyd olunan ünvana ödənilməli və qəbz digər
             sənədlərlə birlikdə Səfirliyin Konsulluq bölməsinə təqdim edilmədir;

             B1. Benefisiar (alan bank)

             Dövlət Xəzinədarlıq Agentliyi

             Kod: 210005

             VOEN: 1401555071

             Müxbir hesab: AZ41NABZ01360100000000003944

             SWIFT BIK: CTREAZ 22

             B2. Alan müştəri

             Bakı şəhər Vergilər Departamenti

             Hesab nömrəsi: AZ17CTRE00000000000002117131

             VOEN: 1400305751

Arxiv üzrə axtarış