XƏBƏRDARLIQ!!!

 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 29 yanvar tarixli 18 nömrəli qərarı ilə “Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı tərəfindən bu barədə məlumatın verilməsi üçün “ərizə-anket” forması təsdiq edilmiş və sözügedən ərizə-anket forması Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəsmi internet səhifəsində (www.migration.gov.az) yerləşdirilmişdir.

 Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı həmin ərizə-anket formasını dolduraraq bir ay müddətində bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməlidir. Belə məlumat verməyən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Arxiv üzrə axtarış