Səfirin tərcümeyi -halı
SƏFİR
Fuad İSGƏNDƏROV
Doğum yeri və tarixi: |
6 avqust, 1961-ci il, Bakı, Azərbaycan |
Təhsil və Təlim kursları: |
|
1983 |
Ukraynanın Kiyev Milli Universitetinin Beynəlxalq Əlaqələr və Beynəlxalq Hüquq İnstitutunda Beynəlxalq İqtisadi Münasibətlər və İngilis dili üzrə tərcümə fakültəsini bitirmişdir. |
1999 |
Macarıstanın Budapeşt şəhərində Beynəlxalq Hüquq-Mühafizə Akademiyasının Böhranların idarə edilməsi üzrə ixtisasartırma proqramı üzrə təlim kursunda iştirak etmişdir. |
2001 |
ABŞ-da Harvard Universitetinin Con Kennedi adına İdarəçilik Məktəbinin Qara Dəniz ixtisasartırma proqramında iştirak etmişdir. |
2002 |
ABŞ Dövlət Departamenti /ABŞ Ədliyyə Nazirliyi tərəfindən təşkil edilən Qanunvericilik üzrə İcraetmə kurslarında iştirak etmişdir. |
2006 |
Corc Marşal adına Təhlükəsizlik Tədqiqatları üzrə Avropa Mərkəzinin Milli Hərbi Strategiyanın Rolu üzrə seminarının iştirakçısı olmuşdur. |
İş təcrübəsi: |
|
1995-2002 |
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin İnformasiya və Təhlil idarəsinin rəisi olmuşdur. |
2002-2006 |
Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Nazir müavini vəzifəsində çalışmışdır. |
2006-2007 |
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri / Azərbaycan Respublikasının YUNESKO üzrə Milli Komissiyasının baş katibi vəzifələrində çalışmışdır. |
2007-2012 |
Azərbaycan Respublikasının Niderland Krallığında Fövqəladə və Səlahiyyətli səfiri /Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının Azərbaycan Respublikası üzrə daimi nümayəndəsi. |
2012-2021 |
Azərbaycan Respublikasının Belçika Krallığı və Böyük Lüksemburq Hersoqluğunda Fövqəladə və Səlahiyyətli səfiri/Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin rəhbəri. |
2021- indiyədək |
Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixteynşteyn Knyazlığında Fövqəladə və Səlahiyyətli səfiri. |
Elmi fəaliyyəti: |
|
1983-1986 |
Azərbaycan Dövlət İqtisad Universitetinin Siyasi iqtisadiyyat kafedrasında aspirant elmi işçi və dosent vəzifəsində çalışmışdır. |
1984-1985 |
Azərbaycan Dillər Universitetinin Tərcümə nəzəriyyəsi kafedrasında müəllim vəzifəsində çalışmışdır. |
2000-2003 |
Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq kafedrasında müəllim vəzifəsində çalışmışdır. |
Hərbi xidmət fəaliyyəti: |
|
1986-1995 |
Hərbi xidmətdə olub, müharibə veteranı və ehtiyatda olan polkovnikdir. |
Təltiflər: |
Müxtəlif vaxtlarda mülki və hərbi xidmətə görə ordenlər, həmçinin Azərbaycan və digər ölkələrinin dövlət medalları ilə təltif olunmuşdur. |
Dillər: |
Azərbaycan, rus, ingilis və türk dillərində sərbəst danışır. |
Ailə vəziyyəti: |
Evlidir, bir qızı və bir oğlu var |