2015-06-20

Alim Qasımov Martinyi şəhərində keçirilmiş musiqi festivalında ifa etmişdir

2015-ci il iyunun 20-də İsveçrənin Martinyi şəhərində “Beş qitə” adlı musiqi festivalı keçirilmişdir. Festivalda dünyanın beş qitəsindən dəvət olunmuş milli-etnik musiqi ifaçıları tamaşaçıları öz xalqlarının musiqi, nəğmə və rəqsi ilə tanış etmişlər.

Festivalda Azərbaycandan xüsusi dəvət olunmuş muğam ustası, xalq artisti Alim Qasımov da çıxış etmişdir. Onu qızı Fərqanə Qasımova müşayiət etmişdir.

Tamaşaçıların böyük maraqla izlədiyi konsertin ertəsi günü A. Qasımov muğamın sirləri barədə seminar keçirmişdir.

Arxiv üzrə axtarış