2015-09-13

Beynəlxalq Prokurorlar Assosiasiyasının 20-ci İllik Konfransı keçirilmişdir

2015-ci il sentyabr ayının 13-dən 17-dək Sürix şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının 20-ci yubiley İllik Konfransı və Ümumi Yığıncağı keçirilmişdir. Tədbirlərdə ölkəmizi ədliyyə naziri Fikrət Məmmədovun və Baş prokuror Zakir Qaralovun rəhbərlik etdiyi Ədliyyə Nazirliyinin və Prokurorluğun nümayəndə heyətləri təmsil etmişlər. Tədbir çərçivəsində AR Baş prokuroru Z. Qaralov İsveçrənin Baş prokuroru Mixael Lauber ilə görüşmüş və qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etmişdir

Arxiv üzrə axtarış