2015-11-03

“SOCAR Enerji İsveçrə”nin yeni binası ilə tanışlıq

2015-ci il noyabrın 3-də “SOCAR İsveçrə” şirkətinin baş icraçı direktoru Edqar Baxmanın dəvəti ilə Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı şirkətin yeni ofisi ilə tanış olmaq məqsədilə Sürix şəhərinə səfər etmişdir. Azərbaycan səfiri yeni ofisdə əməkdaşlar üçün yaradılan şəraitlə tanış edildikdən sonra, şirkətin idarə heyətinin üzvləri ilə görüşü keçirilmişdir. Görüş zamanı

şirkətin fəaliyyəti, ötən dövr ərzində əldə etdikləri nailiyyətlər, növbəti illər üçün qarşılarına qoyduqları məqsədlər və inkişaf perspektivləri barədə məlumatlandırmışlar.

Arxiv üzrə axtarış