2015-12-19

Berndə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olub

2015-ci il dekabrın 19-da ATƏT-in Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə İsveçrə Konfederasiyasının Bern şəhərində keçirilən Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə iştirak etmək üçün Bern şəhərində səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Ermənistan Prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Prezidentlərin görüşündə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri, ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi iştirak ediblər.

Prezidentlərin görüşündən əvvəl, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İsveçrə Federal hökumətinin üzvü, Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalterlə görüşüb

Arxiv üzrə axtarış