2016-03-08

4-6 mart 2016-cı il tarixlərində İsveçrənin Bazel şəhərində 11-ci Cinema Querfeld film festivalı keçirilmişdir.

Həmin festivalda Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyinin dəstəyi və “Azərbaycanın dostları” diaspor təşkilatının təşəbbüsü ilə 5 mart tarixində rejissor Elçin Musaoğlunun “Nabat” filmi tamaşaçılara nümayiş etdirilmişdir.

Filmin nümayişindən əvvəl, “Azərbaycanın dostları” assosiasiyasının sədri Arzu Bodmer çıxış edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, həmçinin Dağlıq Qarabağ bölgəsinin tarixi və mədəniyyəti barədə qonaqlara məlumat vermişdir. Bundan əlavə, filmin əsas ideyası və çəkiliş prosesi barədə rejissor Elçin Musaoğlunun fikirləri auditoriyaya çatdırılmışdır.

Filmin nümayişindən sonra tamaşaçılarla festival nümayəndələri arasında fikir mübadiləsi aparılmış və filmin hər kəs tərəfindən rəğbətlə qarşılandığı qeyd edilmişdir.

Ümumiyyətlə, 2015-ci ildə 27 inteqrasiya layihəsi arasında 3-cü yerə layiq görülmüş bu festival diaspora təşkilatları və İsveçrəlilərlə birlikdə hazırlanır və filmlər çəkildiyi dildə və almanca altyazılarla tamaşaçılara təqdim edilir. Film festivalının proqramı ilə http://www.cinema-querfeld.ch/programm/

internet səhifəsindən tanış olmaq mümkündür.

Arxiv üzrə axtarış