2016-09-13

İsveçrə Yəhudi icmasının nümayəndələri Azərbaycana səfər ediblər

İsveçrə Yəhudi İcmaları Federasiyasının prezidenti Herbert Vinterin başçılıq etdiyi nümayəndə 2016-cı il sentyabrın 5-8- də Azərbaycana səfər edib.Səfər zamanı nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev, xarici işlər naziri E.Məmmədyarov, Milli Məclisin Sədr müavini B.Muradova, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri M.Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini R.Əliyarlı, İsveçrənin və İsrailin Azərbaycandakı səfirləri, eləcə də Azərbaycanda məskunlaşan müxtəlif yəhudi icmalarının nümayəndələri ilə görüşüb, Quba rayonuna səfər edib, habelə Bakı və Qubada yəhudi dini, mədəni və təhsil obyektlərini ziyarət edib. Keçirilən görüşlər zamanı qonaqlara Azərbaycanda multikulturalizmin qədim tarixi, əsrlər boyu müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin sülh və dostluq şəraitində yaşamaları, ölkəmizdəki yəhudi icmasının cəmiyyətimizdə oynadığı rol haqqında danışılıb, eləcə də İsveçrə ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etməsində İsveçrə yəhudi icmasının verə biləcəyi töhfə barədə fikir mübadiləsi aparılıb. İsveçrə yəhudilərinin nümayəndə heyəti Azərbaycanda gördükləri inkişafdan, xüsusilə də müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin dostluq şəraitində yaşamasından xoş təəssürat qazandıqlarını qeyd edib və Azərbaycanda hökm sürən dini tolerantlığın bütün dünyaya nümunə ola biləcəyini vurğulayıb.

Arxiv üzrə axtarış