2016-10-10

Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə parlamentində Azərbaycan üzrə dostluq qrupunun rəhbəri Filippo Lombardi ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyasına rəsmi səfəri çərçivəsində İsveçrə parlamentində Azərbaycan üzrə dostluq qrupunun rəhbəri Filippo Lombardi ilə görüşüb.

Nazir Elmar Məmmədyarov Azərbaycan və İsveçrə arasında əməkdaşlığın inkişafında parlamentlərarası dostluq qruplarının fəaliyyətinin mühüm rola malik olduğunu bildirdi.

2013-cü ildə Azərbaycana səfərini, Bakıda keçirilmiş Birinci Avropa oyunlarının açılış mərasimində iştirakını və bu ilin aprelində İsveçrəyə səfər edən Azərbaycan Milli Məclisinin üzvləri ilə görüşünü xatırladan Filippo Lombardi paralamentlərarası dostluq qruplarının ölkələrimiz arasında əməkdaşlığın inkişafına öz töhfəsini verdiyini bildirdi.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin mövcud vəziyyəti, habelə danışıqlar prosesi barədə həmsöhbətinə məlumat verdi.

Səfərin yekununda İsveçrə Parlamenti adından nazir Elmar Məmmədyarovun şərəfinə ziyafət verildi.

Arxiv üzrə axtarış