2017-01-12

İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti xanım Doris Loytard Azərbaycan Respublikasının bu ölkədəki səfiri Əkrəm Zeynallını İsveçrədəki diplomatik korpusun rəhbərləri üçün Yeni il münasibətilə təşkil edilmiş tədbir zamanı qəbul etmişdir.

Görüş zamanı səfir Ə.Zeynallı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını İsveçrə Konfederasiyasının Prezidentinə çatdırmışdır. Eyni zamanda, səfir Ə.Zeynallı xanım Doris Loytardı  Prezident seçilməsi münasibətilə təbrik etmişdir. 

Azərbaycan Respublikasının Prezidentinin salamlarına və xoş arzularına görə təşəkkürünü bildirən İsveçrə Konfederasiyasının Prezidenti onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş etmişdir.

Prezident Doris Loytard 2017-ci ildə Azərbaycan xalqına və dövlətinə uğurlar, firavanlıq arzulamışdır.  

Arxiv üzrə axtarış