Səfir Əkrəm Zeynallı Tiçino kantonunda işgüzar səfərdə olmuşdur
2017-ci il fevralın 28-də səfir Ə.Zeynallı Tiçino kantonuna işgüzar səfəri çərçivəsində Luqano şəhərinin meri M.Borradori və Tiçino kantonu Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüşmüşdür.
Görüş zamanı Azərbaycan-İsveçrə ikitərəfli əlaqələri, Azərbaycanda həyata keçirilən köklü iqtisadi islahatlar və ölkəmizdə mövcud əlverişli investisiya mühitinə dair fikir mübadiləsi aparılmış, Tiçino kantonunun iş adamlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri imkanları müzakirə edilmişdir.
Eyni zamanda, Azərbaycan və İsveçrənin regionları arasında əməkdaşlıq əlaqələrinə toxunan tərəflər Sumqayıt və Luqano şəhərləri arasında əməkdaşlıq perspektivlərini nəzərdən keçirmişlər.
Görüş nəticəsində, yaxın aylar ərzində Luqano şəhəri merinin rəhbərliyi ilə geniş iqtisadi nümayəndə heyətinin ölkəmizə səfəri razılaşdırılmışdır.