2017-11-22

Səfir X.İbrahimova İsveçrə Federal Assambleyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri səfir Klaudio Fişer ilə görüşmüşdür

2017-ci il noyabrın 22-də səfir X.İbrahimova İsveçrə Federal Assambleyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri səfir Klaudio Fişer ilə görüş keçirmişdir.

Görüşdə tərəflər iki ölkənin parlamentləri arasında mövcud olan əməkdaşlıq əlaqələrinin səviyyəsindən məmnunluq ifadə etmiş, gələcəkdə parlament rəhbərlikləri səviyyəsində qarşılıqlı səfərlər imkanlarını müzakirə etmişlər.

Hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının işinə xüsusi olaraq toxunan həmsöhbətlər bu qruplar arasında əlaqələrin intensivliyini və müxtəlif çoxtərəfli formatlarda qarşılıqlı dəstəklərini qeyd etmişlər. Azərbaycan parlamentində dostluq qrupunun Bernə uğurla keçmiş son səfərlərini qeyd edən X.İbrahimova İsveçrə parlamentindəki dostluq qrupunun da növbəti il Azərbaycana səfər etməsi məsələsinin gündəmdə olduğunu bildirmişdir.

X.İbrahimova Bakı şəhərinin Ümumdünya EXPO-2025 sərgisinə ev sahibliyi etməyə namizədliyi barədə də ətraflı məlumat vermiş və Bakı şəhərinin namizədliyinə İsveçrə parlamentinin də dəstəyinə ümid edildiyini vurğulamışdır.

Arxiv üzrə axtarış