2017-12-07

Səfir Xanım İbrahimova IUG-in Prezidenti Erik Villumsen və həmin universitetin Vitse-Prezitenti Dr. Klaud Selliki qəbul etmişdir.

Səfir Xanım İbrahimova 2017-ci il dekabrın 7-də Azərbaycan Respublikasının Səfirliyində IUG-in Prezidenti Erik Villumsen və həmin universitetin Vitse-Prezitenti Dr. Klaud Selliki qəbul etmişdir.

Görüş zamanı IUG və Azərbaycan ali təhsil ocaqları arasında əməkdaşlıq imkanları və digər maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

Təmsil etdikləri təhsil ocağı haqqında ətraflı məlumat verən E.Villumsen UIG-də azərbaycanlı tələbələrin təhsil aldığını və gələcəkdə ölkəmizlə əməkdaşlığı daha da genişləndirməkdə maraqlı olduqlarını diqqətə çatıdrmışdır.

Səfir Xanım İbrahimova UIG-lə Azərbaycan universitetləri arasında tələbə mübadiləsi və digər sahələrdə əməkdaşlıq imkanlarının mövcud olduğunu diqqətə çatdırmışdır.

Görüş zamanı səfir Xanım İbrahimova həmçinin qarşı tərəfə Azərbaycanda təhsil sahəsində aparılan islahatlar və həyata keçirilən layihələr barədə məlumat vermişdir.

Arxiv üzrə axtarış