2018-03-26

Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova bu ölkənin Ticarət Palataları Asossiasiyasının prezidenti Qi Mettan ilə görüşmüşdür

Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova bu ölkənin Ticarət Palataları Asossiasiyasının prezidenti Qi Mettan ilə görüşmüşdür.

Görüşdə səfir Azərbaycanın iqtisadiyyatı və biznes mühiti haqqında məlumat vermiş, son illərdə ölkəmizdə həyata keçirilən iqtisadi islahatlardan danışmışdır. İki ölkə arasında müxtəlif sahələrdə həyata keçirilən layihələrdən bəhs etmişdir. Ölkəmizin mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etdiyini diqqətə çatdırmışdır.

Söhbət zamanı tərəflər qarşılıqlı prioritet sahələri qeyd edərək, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparmışlar. Görüşdə təşkilatla Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlıq imkanları, o cümlədən İsveçrə ilə Azərbaycanın tibb müəssisələri arasında tərəfdaşlıq, azərbaycanlı həkimlərin İsveçrə müəssisələrində təcrübə keçməsi imkanları müzakirə edilmişdir. Konkret layihələrin müzakirə edilməsi üçün maraqlı tərəflərin iştirakı ilə Bakı şəhərində “dəyirmi masa”nın keçirilməsi imkanları müzakirə olunmuşdur.

Qi Mettan Cenevrə şəhərində ölkəmizin iqtisadi potensialına dair təqdimatın təşkili təklifi ilə çıxış etmişdir.

 

Arxiv üzrə axtarış