Səfir Xanım İbrahimova Dr. Ansqar Yödicke ilə görüşmüşdür.
Cari ilin iyun ayının 20-də səfir Xanım İbrahimova və İsveçrə Konfederasyasının Friburq Universitetinin Dinşünaslıq fakültəsinin professoru Dr. Ansqar Yödicke arasında görüş keçirilmişdir.
Görüş zamanı səfir X. İbrahimova Azərbaycanda mövcud olan tolerant mühit və təhsil ocaqları barəsində ətraflı məlumat vermişdir. Öz növbəsində Dr. A.Yödicke Cənubi Qafqaz regionunun ölkələri üzrə dinşünaslıq üzrə tədqiqatlar apardığını və bu regionun onun üçün maraq kəsb etdiyini qeyd etmişdir. Dr. A.Yödike Friburq Universitetinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə 2016-cı ildə bir semestr ərzində “Azərbaycanda Multikulturalizm” fənninin tədris olunmasını qeyd etmişdir.
Tərəflər Azərbaycan təhsil ocaqları və Friburq Universiteti arasında həyata keçirilə biləcək layihələr haqqında ətraflı danışmış və mövcud imkanları dəyərləndirmişlər.