2018-06-22

Səfir Xanım İbrahimova Kiara Krivelli ilə görüşmüşdür

22 iyun 2018-ci il tarixində səfir Xanım İbrahimova İsveçrənin Tiçino kantonunun Ticarət Palatasının Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəisi Kiara Krivelli ilə görüşmüşdür.

Görüş zamanı Azərbaycan-İsveçrə ikitərəfli əlaqələri, Azərbaycanda həyata keçirilən köklü iqtisadi islahatlar və ölkəmizdə mövcud əlverişli investisiya mühitinə dair fikir mübadiləsi aparılmış, Azərbaycan iqtisadiyyatına dair tədbirlərin təşkili imkanları müzakirə edilmişdir.

Eyni zamanda, tərəflər 24 sentyabr 2018-ci il yarixində Luqano şəhərində keçiriləcək biznes forumla bağlı fikir mübadiləsi aparmışdır.

Görüşdə Azərbaycan ilə Tiçino kantonu arasında qarşılıqlı işgüzar səfərlərin təşkili üzrə müzakirələr aparılmışdır.

Arxiv üzrə axtarış