2018-06-29

Azərbaycanlı iş adamlarından ibarət ixrac missiyası İsveçrəyə səfər etmişdir

İsveçrəyə təşkil olunan 16 nəfərlik geniş tərkibli ixrac missiyası çərçivəsində Azərbaycanın fındıq istehsalı ilə məşğul olan şirkətləri ilə İsveçrənin aparıcı şirkətləri arasında görüşlər keçirilmişdir. Keçirilən görüşlərdə Azərbaycan şirkətlərinin istehsal etdiyi məhsullar barədə məlumat verilmiş, Azərbaycan və İsveçrə şirkətləri arasında əməkdaşlığın genişləndirilməsinə, ixracın artırılmasına dair müzakirələr aparılmışdır.

İsveçrənin "GN-company", "Varistor", "Delica", “MDM Dreyer”, “Pronatec” və “Pakka” şirkətləri ilə aparılan müzakirələr zamanı fındıq ixracına dair ilkin razılaşmalar əldə olunmuşdur. Bu məqsədlə İsveçrə şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri və yerli fındıq istehsalçıları ilə görüşlərinin təşkili barədə razılığa gəlinmişdir.

Nümayəndə heyəti həmçinin İsveçrənin ən iri mağazalar şəbəkəsi olan “Migros” konserninin logistika mərkəzi ilə tanış olmuşdur.

 

Arxiv üzrə axtarış