2018-07-09

Beş ayda Azərbaycan ilə İsveçrə arasında ticarət dövriyyəsi 82 faiz artıb

Bu ilin ilk beş ayında Azərbaycan ilə İsveçrə arasında ticarət dövriyyəsi 82 faiz artıb. Ölkəmizdə 71 İsveçrə kapitallı şirkət fəaliyyət göstərir.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev iyulun 9-da Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda deyib.

Nazir qeyd edib ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 240 milyon dolları ötüb. Bu, 2016-cı illə müqayisədə 46 faiz çoxdur. İsveçrə Azərbaycanın qeyri-neft sektoruna 730 milyon dollar, Azərbaycan isə İsveçrəyə 1,2 milyard dollar investisiya yatırıb. Eyni zamanda, Azərbaycanın İsveçrəyə ixracı 43 faiz artıb. Qeyri-neft məhsullarının ixracında İsveçrə ön sıralardadır.

Arxiv üzrə axtarış