İsveçrədə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə poçt markası buraxılıb
İsveçrədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə poçt markası buraxılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə razılaşma Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post” AG) arasında əldə edilib.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və ölkəmizin səfirliyi tərəfindən istifadə ediləcək. Eyni zamanda, Azərbaycanın Cenevrədəki BMT bölməsinə, digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinə və SOCAR-ın İsveçrədəki nümayəndəliyinə, eləcə də başqa maraqlı tərəflərə göndəriləcək.