2018-11-05

"TAP layihəsi Azərbaycan-İsveçrə əməkdaşlığının gözəl nümunəsidir" xəbərini

Transadriatik boru kəməri (TAP) layihəsinin həyata keçirilməsi Azərbaycan və İsveçrə arasında energetika sahəsində əməkdaşlığın gözəl nümunəsidir.

Bu barədə Trend-ə İsveçrənin Federal Şurasından bildiriblər.

Şuradan bildirilib: "Azərbaycan və İsveçrə arasında 2007-ci ildə energetika sahəsində Anlaşma Memorandumu imzalanıb və Memorandum bu sahədə daha sıx əlaqələrin inkişaf etdirilməsinin təməlini qoyub. TAP layihəsinin həyata keçirilməsi bizim energetika sahəsində olan əməkdaşlığın gözəl nümunəsidir və İsveçrənin Axro şirkəti TAP konsorsiumunun təsisçilərindən biridir".

Şuradan qeyd ediblər ki, ölkə şaxələndirmə vasitəsilə tədarükün təhlükəsizliyinin təmin edilməsini özünün xarici energetika siyasətinin tərkib hissəsi sayır: "Buna görə İsveçrə "Cənub Qaz Dəhlizini" lap əvvəldən dəstəklədi. Ölkənin ümumi enerji istehlakının 14 faizini (2017-ci ilin məlumatı) təşkil edən təbii qaz İsveçrənin energetika sahəsinə mühüm töhfədir. Avropada təbii qaz hasilatının azalmasını nəzərə almaqla TAP Avropaya qaz tədarükünün mənbələrini və marşrutlarını şaxələndirəcək və beləliklə, İsveçrəyə fayda verəcək".

Arxiv üzrə axtarış