2019-01-16

İsveçrə Prezidenti cənab Ueli Maurer Azərbaycan Respublikasının bu ölkədəki səfiri Xanım İbrahimovanı qəbul etmişdir

İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti cənab Ueli Maurer Azərbaycan Respublikasının bu ölkədəki səfiri Xanım İbrahimovanı İsveçrədəki diplomatik korpusun rəhbərləri üçün Yeni il münasibətilə təşkil edilmiş tədbir zamanı qəbul etmişdir.

Görüş zamanı səfir X.İbrahimova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlarını və xoş arzularını İsveçrə Konfederasiyasının Prezidentinə çatdırmışdır. Eyni zamanda, səfir X.İbrahimova cənab Ueli Maureri Prezident seçilməsi münasibətilə təbrik etmişdir.

Azərbaycan Respublikasının Prezidentinin salamlarına və xoş arzularına görə təşəkkürünü bildirən İsveçrə Konfederasiyasının Prezidenti onun da salamlarını dövlətimizin başçısına çatdırmağı xahiş etmişdir.

Prezident Ueli Maurer 2019-cu ildə Azərbaycan xalqına və dövlətinə uğurlar, firavanlıq arzulamışdır.

Görüş zamanı Azərbaycan-İsveçrə münasibətlərinə dair bir sıra qarşılıqlı maraq doğuran məslələr haqqında fikir mübadiləsi aparılmışdır.

 

Arxiv üzrə axtarış