2019-02-15
Səfir Xanım İbrahimova İsveçrə-MDB Birgə Ticarət Palatasının direktoru Dorit Sallis ilə görüşmüşdür
15 fevral 2019-cu il tarixində səfir Xanım İbrahimova İsveçrə-MDB Birgə Ticarət Palatasının direktoru Dorit Sallis ilə görüşmüşdür.
Görüş zamanı Azərbaycan-İsveçrə ikitərəfli əlaqələri, Azərbaycanda həyata keçirilən köklü iqtisadi islahatlar və ölkəmizdə mövcud əlverişli investisiya mühitinə dair fikir mübadiləsi aparılmış, Azərbaycan iqtisadiyyatına dair tədbirlərin təşkili imkanları müzakirə edilmişdir.
Görüşdə 2019-cu ilin birinci yarısında İsveçrədə ölkəmizin biznes mühitinə həsr olunmuş tədbirin təşkili üzrə müzakirələr aparılmışdır.