2019-05-10

Heydər Əliyevin xatirəsi İsveçrədə anılmışdır

2019-cu il mayın 10-da İsveçrədə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə Azərbaycanın bu ölkədəki Səfirliyi “Diplomatlar kuboku - 2019” adlı futbol turniri təşkil etmişdir. Yarışma, həmçinin Bakının UEFA Avropa Liqasının 2019-cu il finalına ev sahibliyini təbliğ etmək məqsədi daşıyırdı.

Turnir İsveçrədə akkreditə olunmuş diplomatik korpus təmsilçiləri arasında keçirilmişdir.

Yarışma Rusiya yığmasının qələbəsi ilə yekunlaşmışdır. Sonda qalib və iştirakçılara kubok və digər xatirə hədiyyələri təqdim edilmişdir.

Futbol turniri çərçivəsində Azərbaycanın “Avroviziya” təmsilçisinin lehinə də təbliğat aparılmışdır.

Ümummilli Liderin anadan olmasının ildönümü İsveçrədə fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbində də qeyd edilib. Heydər Əliyevə həsr olunan dərsdə şagirdlərə Ümummilli Liderin zəngin irsi barədə məlumat verilib. Məktəbin şagirdləri müdrik rəhbərin zəngin həyat və fəaliyyətini əks etdirən kitab və fotoşəkillərlə tanış olublar

 

Arxiv üzrə axtarış