2019-05-28

İsveçrə Konfederasiyasının Prezidenti Ueli Maurerdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Milli bayramınız - Respublika Günü münasibətilə Sizə və ölkənizin vətəndaşlarına İsveçrə Federal Şurası və İsveçrə xalqı adından ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram. Bu xoş fürsətdən istifadə edərək, ali dövləti fəaliyyətinizdə Sizə yeni uğurlar, ölkənizə və xalqınıza daha parlaq gələcək arzu edirəm.

Bu il yanvarın 23-də Davos şəhərindəki görüşümüzü məmnuniyyətlə xatırlayıram. Həmin görüş zamanı ölkələrimiz arasındakı möhkəm dostluq münasibətlərini yenidən nəzərdən keçirmək imkanımız oldu. İsveçrə Konfederasiyası Azərbaycan Respublikası ilə sıx münasibətlərin qorunub saxlanılmasına sadiqliyini və bu istiqamətdə aparılan uğurlu fəaliyyətin hər iki dövlətin mənafeyi naminə davam edəcəyinə ümidvar olduğunu bildirir.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Ueli Maurer

İsveçrə Konfederasiyasının Prezidenti

Arxiv üzrə axtarış