2019-08-23

İsveçrə şirkətləri Azərbaycana səfər edəcək

24-28 avqust tarixlərində İsveçrə şirkətləri Azərbaycanda səfərdə olacaqdır. Azərbaycanın İsveçrədəki Səfirliyindən aldığımız məlumata əsasən, İsveçrənin fındıq idxalı üzrə fəaliyyət göstərən şirkətləri çoxsaylı görüşlər keçirəcək. Səfər zamanı İsveçrə şirkətləri azərbaycanlı tərəfdaşları ilə Azərbaycandan İsveçrəyə fındıq idxalı imkanlarını müzakirə edəcəklər. nümayəndə heyətinin səfəri Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyi və Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının dəstəyi ilə həyata keçiriləcək.

Dünyanın qabaqcıl şokolad istehsalçılarından biri olan İsveçrə, əsasən şokolad istehsalında istifadə etmək üçün illik 20 min tona yaxın fındıq idxalı həyata keçirir.Qeyd edək ki, 25-29 iyun 2018-ci il tarixində İsveçrəyə təşkil olunan Azərbaycanın fındıq istehsalı ilə məşğul olan 14 şirkətin nümayəndələrindən ibarət ixrac missiyası çərçivəsində İsveçrənin aparıcı şirkətləri ilə görüşlər təşkil olunmuşdu. Keçirilmiş görüşlərdə Azərbaycandan fındıq alımına ciddi maraq göstərilmiş, İsveçrə şirkətlərinin nümayəndələrinin Azərbaycana səfəri və yerli fındıq istehsalçıları ilə görüşlərinin təşkili barədə razılıq əldə olunmuşdu. 2018-ci ildən etibarən Azərbaycan şirkətləri İsveçrəyə fındıq ixracına başlamışlar.

Arxiv üzrə axtarış