2019-10-21

Səkkiz ayda Azərbaycanla İsveçrənin ticarət dövriyyəsi 5 dəfə artıb VİDEO

Cari ilin yanvar-avqust aylarında Azərbaycan ilə İsveçrə arasında ticarət dövriyyəsi ötən illə müqayisədə 5 dəfə artaraq 1,3 milyard ABŞ dolları olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev oktyabrın 21-də Bakıda keçirilən Azərbaycan-İsveçrə biznes forumunda deyib.

Y.Abdullayev qeyd edib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsi 648 milyon dollar olub, bunun 135 milyon dolları ixracın, 513 milyon dolları isə idxalın payına düşür.

Arxiv üzrə axtarış